Tovuzda baş verən dəhşətli ailə faciəsi ictimaiyyətdə müəyyən suallar doğurub. Qətli törədən 31 yaşlı oğlanın anadangəlmə ruhi xəstə olduğu, atası öləndən sonra aqressivləşdiyi deyilir. Bu cür ruhi xəstələri, psixoloji problemi olan şəxsləri evdə saxlayan, cəmiyyətdən gizlədən kifayət qədər insan var.
Belə şəxsləri evdə saxlamaq nə dərəcədə düzgündür? Onlarla bağlı hansı tədbirləri görmək olar?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu gün psixi problemi olan şəxslərin, vərəm və müxtəlif yoluxucu xəstəliklərin gizlədilməsi, yaxud evdə gizlin şəraitdə müalicə alması adi hal alıb:
Bu, təkcə ruhi xəstələrə aid deyil, çoxsaylı başqa situasiyalar da var. Narkomaniyadan əziyyət çəkənlər cəmiyyətdə özlərinə qarşı düzgün münasibət görmədiklərinə görə cinayət törədirlər. Hazırda dispanserizasiyaya ehtiyac var. Həmçinin, hər evin ailə həkimi olmalıdır. Bu, ona görə vacibdir ki, xəstələrin hamısı həkim nəzarətində olsun. Ruhi xəstə olanlar ciddi şəkildə müalicə olunmalıdırlar. Yalnız remissiya dövründə evə buraxıla və cəmiyyət içində ola bilər”.
MUASİRMEDİA.AZ