Bunu bu gün bir marketdə gördüm!
Əvvəlki peşəm mühasibat uçotu olduğu üçün dəqiq bilirəm ki, qabı, qablaşdırılması və çatdırılması təxminən 45- 50 qəpik civarında ola yaxud olmaya! ( yarım litrlik)
Əvvəlki peşəm mühasibat uçotu olduğu üçün dəqiq bilirəm ki, qabı, qablaşdırılması və çatdırılması təxminən 45- 50 qəpik civarında ola yaxud olmaya! ( yarım litrlik)
Çünki bu qiymətli suyun xammal olaraq qaz və neft kimi çıxarılmasi, ayrılması, təmizlənməsi, müxtəlif kimyəvi elementlər qatılması kimi xərcləri yoxdu.
Yeri gəlmişkən,tibbi mənbələr xəbər verir ki, İstisu bulağından çıxan suyun tərkibində orqanizm üçün çox faydalı olan elektrolitlər və minerallar sayılan litium, sink, maqnezium var. Bu suyun müalicəvi əhəmiyyətini artıran onun temperaturunun 58 dərəcəyə qədər və hər litrində 7 qrama qədər digər lazımlı minerallar və elektrolitlərlə zəngin olmasıdır. İstisu mənbələrindən hər il çıxan 3 milyard 963 milyon litr suyun yalnız 2 milyon litrindən istifadə olunur və qalan hissəsi çaylara axır.
Bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayan İstisu 12 çeşmədən ibarətdir. Maqnezium tərkibinə görə dünyanın ən məşhur su mənbələrindən olan Sloveniyada Roqaşka, Çexiyada Karlovı Varı və Rusiyada Mineralnıye Vodı ərazisində olan mineral sularla müqayisə etmək olar və tərkibinə görə daha zəngindir.
Ay məmurlar, Allah haqqı bu sərvət sizin dədənizə məxsus deyil! Xalqın sərvətidir, dövlətin malıdır! Öz sərvətimizi özümüzə niyə od qiymətinə satırsınız ? Yezidsiniz?
MUASİRMEDİA.AZ