Yay aylarının ən çox sevilən və təravətləndirici meyvələrindən biri olan qarpız təkcə dadı ilə deyil, faydaları ilə də tanınır.
Mütəxəssislər bu meyvənin sağlamlıq üçün bəzi gözlənilməz risklər daşıya biləcəyini bildirirlər.
Yuyulmadan istifadə ciddi təhlükə yarada bilər – Qarpızın xarici səthi tarlada torpaqla təmasda olur və müxtəlif mikroblara ev sahibliyi edə bilər. Əgər meyvə düzgün şəkildə yuyulmadan kəsilərsə, bu mikroorqanizmlər bıçaq vasitəsilə iç hissəyə keçə bilər. Mütəxəssislər bildirirlər ki, qarpızın təkcə su ilə deyil, fırça ilə soyuq suda yuyulması vacibdir.
Həddindən artıq istehlak həzm pozuntularına səbəb ola bilər – Qarpız yüksək miqdarda su və lif tərkibinə malikdir. Bu xüsusiyyətlər onu faydalı etsə də, bəzi insanlarda, xüsusilə də həssas mədə-bağırsaq sisteminə sahib olanlarda qaz, şişkinlik və ishal kimi həzm problemlərinə səbəb ola bilər. Bu səbəbdən, gündəlik porsiyalara diqqət yetirmək tövsiyə olunur.
MUASİRMEDİA.AZ