Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, ailə üzvləri Yasamaldan çıxan avtomobilin üzərində ilan olduğunun fərqinə varıb. Ailə ilanın avtomobilin üzərində yol boyu hərəkət etdiyini və dörd saatlıq səyahət ərzində maşını tərk etmədiyini bildirib. Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb. Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların isinməsi, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU