Ukrayna cəbhəsindən YENİ XƏBƏR

HƏRBİ
Gözlənilməz, diqqətçəkən və müsbət xəbərdir, Ukrayna cəbhəsindən. Ona görə də paylaşıram.
Dəqiq məlumata görə, keçən gecə Rusiya 499 hərbi-texniki vasitə ilə Ukraynaya hava hücumu edib, müxtəlif tip raketlər və dronlarla. Ukrayna hava hücumundan müdafiə qüvvələrisə (UHM) onların 479-nu! hədəfəcən tam zərərsizləşdirib. Yəni, 479 ədədi vurmaq çox yüksək nailiyyətdir.
Bu görünməmiş nailiyyət xeyli düşündürücüdür və İsrailin müdafiə HMQ sisteminin nailiyyətinə oxşardır. Hərgah ki, onlara Amerika kömək edir.
Ötən gecə Ukraynaya 4 çox bahalı aeroballistik X-47 M2 “Kinjal (Xəncər)” raketi atılıb hamısı da vurulub. Rusiya isə elan etmişdi: onları vurmaq qəti mümkünsüzdür. Burada, bir məsələ ortaya çıxır. “Kinjalı” Ukraynalılar “Patriot” kompleksilə vurub. Yəni bu nadir bahalı kompleks demək ki, Ukraynanın Sum şəhərində qurulub. Və belədə isə, ortaya sual çıxır. İndiyədək Ukraynada əsla görünməmiş bu ABŞ istehsallı xüsusi müdafiə kompleksi Ukraynada haradan peyda ola bilər?
Məlum olur ki, İsrail. Bu gün rəsmi məlumatlar yayılıb ki, İsrail Ukraynaya “Patriot” batareyaları ötürüb. Hansıki, bu “Patriotları” Türkiyə Bayden dövrü neçə ildi ala bilmirdi, pulunu da köçürsə. Belə çıxır ki, gecəki Ukraina uğuru “Patriotların” hesabına olub. Real düşünsək, doğrusu budur.
Və real düşünsək, ABŞ icazəsi olmadan, İsrail bu vacib kompleksləri Ukraynaya verə bilərmi? Əvvəla, bu bir beynəlxalq qanundur, mürəkkəb hərbi qurğuları satın, ya pay almış ölkə heç bir halda onu satan ya pay verənin rəsmi icazəsi olmadan başqa ölkəyə verə bilməz, bu sirrdir.
İkincisi, bu qiymətli qurğuları İsrail öz arsenalı içindən icazəsiz kiməsə verərdisə, onun yerini necə dolduracaqdı ABŞ inciyib təmin etməzsə?İsrail özü Ukraynadan heç də az ehtiyaclı deyil. Demək, çoxdan gözlənilən “Patriotlar” nəhayət ki, dolayısı ilə də olsa Ukraynaya verilir. Demək, Rusiya raketlərinin Ukraynada istədiyini etmək dövrü sona yetmək üzrədir. Elə, problem bu idi. Bundan, yəni ki, Rusiya hava hegemonluğunun bitmə sonrası dövr, gözəl mənzərələr açılacaq.
P.S.
Qeyd:1 “Patriot” kompleksi 790-800 mln. $-dır. Demək ki, belə mürəkkəb bahalı sistemi idarə, edə-ata bilən İsrail ixtisaslıları da Ukraynadadı.

MUASİRMEDİA.AZ

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir