IV. Murad içki və qumar kimi əyləncələri qadağan etdikdən sonra, günlərin bir günü padişah geyimini dəyişib, adi geyim geyinərək, sahildə olan qayıqların birinə minir. Qayıqçı sahildən uzaqlaşan kimi qəlyan çəkməyə və içki içməyə başlayır.
Sultan IV. Murad qayıqçıya deyir:
– Belə qayıq sürmək olmaz, həm də sultan tütün və içkini yasaq etməyibmi ?
– Qayıqçı suala sualla cavab verir:
– Sultan bizi indi haradan görəcək ?
.
– Qayıqçı bu dəfə sultanın falına baxmaq istəyir. Sultan deyir ki, bu da qadağan edilib. Qayıqçı çox bacarıqlı olduğunu, hətta fala baxa bildiyini bildirir.
– Bu zaman sultan deyir:
– Bax görək sultan IV. Murad indi haradadır ?
– Qayıqçı fala baxdıqdan sonra cavab verir:
– Dəryada.
.
– IV. Murad; Yaxşı, dəryada nə iş görür ?
– Qayıqçının rəngi ağarır və yalvarmağa başlayır:
– Aman sultanım, mən etdim, siz etməyin.
– Sultan deyir ki, səni quruya çıxan kimi asdıracam. Amma mənə şəhərə hansı qapıdan girəcəyimi deyə bilsən, səni bağışlayacam.
– Qayıqçı deyir:
– Aman sultanım, mən hansı qapıdan desəm, digər qapıdan girəcəksiniz, ona görə də bunu kağıza yazacam, şəhərə girdikdən sonra açıb baxarsınız.
.
– Sultan quruya çatan kimi heç bir qapıdan şəhərə daxil olmur, əmr verir ki, yeni qapı tiksinlər. Qısa müddətdə yeni qapı tikilir. Sultan qapıdan içəri keçib kağızı oxuyur:
– Kağızda belə yazılmışdı: “Yeni qapınız mübarəkdir, sultanım.” Və təbii ki, Sultan IV. Murad qayıqçını əhv edir.
– İstanbul’dakı “Yenikapı” toponimi adını bu hadisədən götürmüşdür.
MUASİRMEDİA.AZ
GÜLLƏR AMİN