Gürcüstan Azərbaycanlıları Konqresinin qardaş Türkiyədəki fəxri elçisi, iş adamı, dəyərli dostumuz Kamil Yılmaz bəyə ağır itki üz verib: anası hacı Saadet Yılmaz vəfat edib.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, çox dəyərli dostumuza, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Axır qəmləri olsun!
Başları sağ olsun!
Bildirməyi də borc bilirik ki, GAK sədri Hüseyn Yusubov Saadet xanımın dəfnində olmuş, öz adından və yaradıcı heyətimizin adından Kamil bəyə və doğmalarına başsağlığı vermişdir.
Biz də bir daha onlara uca Allahdan səbir diləyir, kədərlərinə şərik oluruq!
Mərhuməyə Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN