Məmməd Arazın atası İnfil kişi yüzlərlə, minlərlə həmvətənlərimiz kimi repressiyanın qurbanı olmuşdu.
10 illik sürgün həyatından sonra bəraət almışdı, ancaq bu illər ərzində geridə qoyub getdiyi ailəsi çörək imtahanına çəkilmiş, övladlarının, xüsusən də şairin uşaqlıq illəri çətinliklərlə, maddi və mənəvi sıxıntılarla keçmişdi. Ailə başçısı yanlarında olmadığı üçün evin balaca kişiləri – Məmməd və qardaşı İbrahim hələ dünyanı tam dərk etmədikləri çağlardan atılmışdılar həyatın ağuşuna… Nəticədə, Məmməd Arazın uşaqlıq və yeniyetməlik illəri Nurs kəndinin dağlarında, çöllərində qoyun-quzu oturmaqla keçmişdi. Yazırlar ki, Məmməd Araz uşaqlıqda çox dəcəl və şıltaq olub. Həyat yoldaşı Gülxanım müəllim danışırmış ki, onun qabaq dişləri uşaqlıq illərində sınmışdı. Bir gün ondan soruşdum ki, Məmməd, sənin dişlərin niyə sınıb? Dedi ki, uşaqlarla qayışqapdı oyunu oynayırdıq, onda ehtiyatsızlıq elədim, dişim sındı… Ayağının dərisi də neçə yerdən sümüyünə yapışmışdı. Xəbər aldım ki, bəs ayağına nə olub? Dedi, uşaqlıqda çox nadinc idim. Yorğanı başıma atıb həyətimizdəki iti qorxudurdum. Günlərin bir günü yenə belə etdim. Yorğanı başıma salıb itin yuvasına yaxınlaşdım. İti hürkütdüm. Birdən-birə necə oldusa it xaltasından açılıb üstümə cumdu, ayaqlarımı parçaladı. İki ay gəzə bilmədim…

Məmməd Arazın ailə səadəti də ilk vaxtlar çətinliklərlə üzləşib. Həyat yoldaşı Gülxanım müəllimin ailəsi onu Məmməd Araza vermək istəmirmiş. Lakin qızın Məmmədə olan saf sevgisi ailənin inadını qırıb.
Öz ömrümü şum elədi öz əlim,
Yazında gül, payızında xəzəlim.
Gündoğandan günbatana mənzilim…
Bu da belə bir ömürdü, yaşadım.

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU