ŞİDDƏTLİ QAR YAĞMAĞA başlayıb – Həlak olanlar var

Dünya

Bu yerlərə ŞİDDƏTLİ QAR YAĞMAĞA başlayıb – Həlak olanlar var, 500 minə yaxın ev işıqsız qaldı

Cənubi Afrikada qar yağması və pis hava şəraiti elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olub və qəzalar zamanı beş nəfər həlak olub.

Cənubi Afrika Respublikasında güclü qar yağması, daşqınlar və tufanla müşayiət olunan pis hava şəraiti davam edir.

Təbii fəlakət 500 minə yaxın evi işıqsız qoyub. Tambo bölgəsində daşqınlar azı 7 nəfərin həyatına son qoyub. Ölkə ərazisində davam edən pis hava şəraiti həmçinin bir sıra qəzalara da səbəb olub.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir