Cəlilabadda yük avtomobili və ot bağlamaları YANDI

Hadisə

Cəlilabad rayonunun Sərhədabad kəndində yanğın hadisəsi qeydə alınıb.

Hərəkətdə olan “QAZ 53” markalı yük avtomobili qəfildən alovlanıb.

Alov qısa müddətdə avtomobilin yük yerində daşınan ot bağlamalarına keçib.

Əraziyə dərhal Cəlilabad Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın nəzarət altına alınsa da, avtomobil və ot bağlamaları tamamilə yanaraq yararsız hala düşüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir