Rusiya rəhbərliyi miqrantları zorla müharibəyə aparmaq istəyir

Dünya
Rusiyada müharibəyə göndərmək üçün yaranan hərbçi çatışmazlığını aradan qaldırmaq üçün miqrant ovu aparılır.
Açıq görünür ki, Rusiya rəhbərliyi qanunsuz elan etdiyi miqrantları zorla müharibəyə göndərmək də israrlıdır. Bunun üçün son zamanlar miqrantların çalışdığı obyektlərə polis yoxlamaları çoxalıb. Minlərlə miqrant tutularaq müvəqqəti təcridxanalara toplanılır. Onların sənədlərinin qaydasında olması o qədər də sorğulanmır.
Onlara iki yol qoyurlar:
Ya könüllü olaraq Ukraynaya qarşı müharibədə iştirak, ya da Rusiyanı birdəfəlik tərk etmək.
Miqrantların bir çoxuna heç Rusiyada olan ailə üzvlərilə görüşə icazə verilmir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev bununla bağlı ünvanlanan suallara konkret cavab verməkdən imtina edib. Onun iddiası ondan ibarətdir ki, miqrantlar Rusiyaya inteqrasiya olunmadıqları üçün saxlanılıblar. Kolokoltsev “İşdən və ya universitetdən qovulan, barmaq izindən keçməyən və rus dilini öyrənməyən miqrantlar Rusiyanı tərk etməlidirlər” deyərək miqrant ovuna haqq qazandırıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir