Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə polkovnik-leytenant rütbəsi verilib-FOTO

Cəmiyyət
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə polkovnik-leytenant rütbəsi verdiyi bildirilir.
Araşdırmaçı-jurnalist Əfqan Muxtarlının yazdığına görə, 27 yaşlı Məhəmməd 2019-cu ildə DSX-da leytenant rütbəsi ilə xidmətə başlayıb və 6 ilə polkovnik-letenant rütbəsinə layiq görülüb.
Məhəmməd Quliyev həm də 2023-cü ildə Ruben Vardanyanı sərhədi keçmək istəyərkən saxlayan şəxs kimi təqdim edilmişdi.
Jurnalist Əfqan Muxtarlı:
“Bəs, qanun nə tələb edir? İlk növbədə qanun tələb edir ki, yaxın qohumlar eyni dövlət idarəsində işləyə bilməz. Rütbələrin verilməsi müdəti necədir?
Leytenant – Baş Leytenant 3 il
Baş Leytenant – Kapitan 4 il
Kapitan – Mayor – 4 il
Mayor – Polkovnik-leytenant 5 il
Toplam 16 il xidmət edən zabit polkovnik-leytenant rütbəsi ala bilər. Müharibə dövründə müddətlər azaldılır. Lakin bala Quliyevin xidməti dövründə cəmi 44 gün müharibə olduğundan bu istisna ona şamil edilə bilməz”.
3 kişi ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir