Göygöl rayon Heydər Əliyev Mərkəzində təşkil olunan və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Samux və Goranboy rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, əməyin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.





MUASİRMEDİA.AZ