Bu gün iyun ayının 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş və yenidən bərpa olunan Horovlu kəndinə və Kəlbəcər şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirildi. Püşkatmada Dövlət Komitəsi yanında İctimai Şuranın sədri olaraq mən, sədr müavini Səbuhi Hüseynov, üzv Aqil Camal də iştirak edirdik. Kəlbəcər şəhərinə ilk köçün olması xüsusilə bizləri sevindirdi. Öz yurdlarına geri dönən keçmiş məcburi köçkünlər Ali Baş Komandana, ordumuza öz minnətdarlıqlarını bildirdilər. Şəhidlərimizə Alahdan rəhmət dilədilər.
Püşkatma qaydalara uyğun və şəffaf şəraitdə keçirildi. Mən öz növbəmdə doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərimizi ürəkdən Təbrik edirəm!!! Komitə əməkdaşlarına da nümunəvi püşkatma şəraiti yaratdıqlarına görə təşəkkür edirəm.





MUASİRMEDİA.AZ