“Tərtəmizəm, gül kimi də qızam”-narkotik çəkən deyiləm

Cəmiyyət
“Bu gün müqəddəratım həll olunur. Əziyyət çəkib bu qədər əsərlər yazmışam. Mən sıradan bir adam deyiləm. Mən jurnalistəm, narkotik çəkən deyiləm.  Bu sözləri İLHAMƏ DEYİR Tərtəmizəm, gül kimi də qızam”.
Prosesin davamında evdə əməliyyat keçirən polislər şahid qismində ifadə veriblər. Onlar təqsirləndirilən şəxsin əsassız tutulmasını və başqa iddialarını təkzib ediblər: “Daxil olmuş məlumat əsasında mənzilində əməliyyat keçirmişik. Evdə narkotik aşkar edilib, daha sonra şəxsi polis idarəsinə aparmışıq. Təqsirləndirilən şəxsin ona təzyiq edilməsi və ya evinə narkotik atılması ilə bağlı dedikləri hamısı şər-böhtandır”.
Qeyd edək ki, İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir