Ordu deyəndə güc, təhlükəsizlik və təbii ki, istər-istəməz müharibə yada düşür. Ordumuz güclüdür və hər an düşməni diz çökdürməyə hazırdır. Azərbaycanımız davamlı olaraq inkişaf edir, dünya miqyasında nüfuzu daha da artır. Regionda söz sahibinə çevrilmişdir. Biz sülh sevər, tolerant ölkədə yaşayırıq. Bu gün Milli Qurtuluş Günü ərəfəsində doğma yurdum Naxçıvanda “Sarsılmaz qardaşlıq- 2019” devizi altında Azərbaycan–Tükiyə birgə döyüş atışlı taktiki təlimlər keçirilmişdir. Bu təlimlər Azərbaycan–Tükiyə dostluğunu, qardaşlığını göstərən möhtəşəm tədbirlərdən biridir.
Bir hərbiçi qızı olaraq təlimlərin nə dərəcə mühüm olduğunu bilir, hər əsgərimizin keçirdiyi hissləri, məndə keçirirəm. Vətən sevdası, düşmənə cavab atəşi, hər şəhidimiz naminə qaldırılan bayraq və hədəfə tuşlanan mərmidə qisas hissi bürüyür məni də .
Bu təlimlərin keçirilməsi, çörəyi dizi üstə olan mənfur qonşularmızı və onların himayadarlarını çox qorxudub, lərzəyə gətirir. Heç susmur televizya, radio, qəzetləri.
Ay aman! Türklər birləşir!
Qardaş-qardaşa sipər olar, dağ olar!
Hər iki qardaş ölkənin hərbiçi xanımları da dayaq olaraq yoldaşlarını müşaiyət edərək, türk qadınının hər zaman öz ərlərinə dayağını, sadiqliyini, layiqliyini nümayiş etdirdilər.
Hərbiçi yoldaşı olmaq çox şərəfli və çox məsuliyyətli peşədir…
Biz heç yadlıq hiss etmədik: – dedi Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarın xanımı. Təbii ki, elədir. Biz bir millətik! Biz bir qəlblə döyünürük!
İncəsənət sevdalıları olan bu gözəl və incə xanımlar Naxçıvan Rəssamlar Birliyinin mötəbər qonaqları sırasına əbədi olaraq yazıldı.





MUASİRMEDİA.AZ