İsrailin İrana hücumu nəticəsində ölən yüksək rütbəli və vəzifəli şəxslərin adları açıqlanıb.
Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Hücum nəticəsində ölənlər aşağıdakılardır:
– İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri
– İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami
– İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid
– İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani
Eyni zamanda hücum nəticəsində İranın altı nüvə alimi ölüb.
Bunlar aşağıdakılardır:
– İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi
– İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi
– Əbdülhəmid Manuçehr,
Əhmədrza Zülfüqari,
Seyid Əmirhüseyn
Fiqhi, Mətləbizadə.
MUASİRMEDİA.AZ