DİN-nin yaydığı məlumat-Hər profilə inanmayın

Cəmiyyət
Acınacaqlı hekayələrlə sosial şəbəkələrdə insanları manipulyasiya edib pul toplama halları var. Fiziki qüsurlu uşaqların fotolarından istifadə edərək onları öz övladı kimi təqdim edib, guya çarəsiz valideyndir, ancaq…
Babək Rayon Polis Şöbəsi tərəfindən keçirilən tədbirlərlə bu əməllərlə məşğul olan 23 yaşlı Elməddin Babayev saxlanılıb. O, qadın adları ilə saxta profillər yaradaraq sosial şəbəkələrdə başqa-başqa şəxsləri aldadaraq pul vəsaitlərini ələ keçirib.
Xatırladırıq ki, sosial şəbəkədəki hər profil real insan deyil, hisslərinizə oynayan hər kömək istəyi gerçək deyil.
Mərhəmət manipulyasiyaya çevrildikdə, bu artıq dələduzluqdur.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir