Pakistan İrana görə QIRICILARINI HAZIR VƏZİYYƏTƏ GƏTİRDİ

Dünya

İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra Pakistan bu gün hava hücumundan müdafiə sistemlərini işə salıb və nüvə obyektlərinə və ölkənin İranla sərhədinə qırıcı təyyarələr yerləşdirib.

Pakistanın  kəşfiyyat rəsmisi verdiyi açıqlamada, “Birbaşa təhlükə olmasa da, sistemlərimiz ehtiyat tədbiri olaraq gözləmə rejimindədir” deyib.

Pakistan hakimiyyəti zorakılıq və ya nümayişlərdən ehtiyat edərək, paytaxt İslamabaddakı ABŞ səfirliyi və digər şəhərlərdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyini gücləndirib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir