Bu gün Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Amaliya Pənahovanın anadan olmasının 80 ili tamam olur.
Amaliya Pənahova Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilib. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və ömrünün sonunadək həmin teatra rəhbərlik edib. Milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amaliya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Amaliya Pənahova “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq Amaliya Pənahova 2018-ci ildə vəfat edib.

MUASİRMEDİA.AZ