ABŞ mətbuatının yazdığına görə, İran İsrailin öz nüvə və hərbi obyektlərinə bu qədər tez hücum edəcəyini qabaqcadan görə bilməzdi.
İsrailin həyata keçirdiyi hücumda İran İnqilabı Keşikçiləri Korpusunun Hava və Kosmos Diviziyasının komandiri Əmir Əli Hacızadə və yüksək rütbəli hərbçilərin Tehrandakı hərbi bazada fövqəladə iclas zamanı həlak olduğu iddia edilib.
“The New York Times” (NYT) İran liderlərinin bazar günü Omanda keçirilməsi planlaşdırılan nüvə müzakirələri ərəfəsində İsrailin hücuma keçməyəcəyini düşündüyünü yazıb. Xarici media bunu “İranın səhvi” kimi xarakterizə edir.
Belə ki, İran danışıqların nəticəsiz qalacağı təqdirdə İsrailin mümkün hücumunun yalnız bir həftədən sonra baş verəcəyini proqnozlaşdırmışdı. Bununla belə, rəsmilər “böyük bir səhv hesablama” etdiklərini etiraf ediblər. İsrailin hücum xəbərdarlığını “təbliğat” kimi qiymətləndirən İran liderləri bu xəbərin onlara nüvə danışıqlarında güzəştə getmələri üçün təzyiq göstərmək üçün yayıldığını düşünür və ehtiyat tədbirlərinə məhəl qoymurlar.
MUASİRMEDİA.AZ