İsrail niyə bu qədər güclüdür?

Siyasət
Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?

 İsrailin regional siyasəti, Ərəb–İsrail müharibələri, uzun onillərdir davam edən Fələstin problemi, 1979-cu il inqilabından sonra İran faktoru bu ölkənin hər zaman müharibəyə hazır olmaq, özünü qorumaq və təhlükəni qabaqlamaq strategiyasını əsas götürməsinə səbəb olub:

“Bu isə öz növbəsində cəmiyyətin və dövlət strukturlarının mobilizasiyasına, təhlükəsizlik və texnologiyaya böyük sərmayələrin ayrılmasına təkan verib

İsrailin gücü yalnız bir sahəyə deyil, bütün sistemin effektiv işləməsinə bağlıdır. Bu sistem yüksək texnologiyaya əsaslanır, effektiv kəşfiyyat şəbəkəsi ilə idarə olunur, beynəlxalq dəstəklə möhkəmlənir, vətəndaş cəmiyyəti, lobbi və dövlət arasında koordinasiyalı fəaliyyəti ehtiva edir.

İran daxilində son günlərdə baş verən dron hücumları, partlayışlar və sabotaj əməliyyatları göstərir ki, İsrail bu sistemin necə dəqiq və sürətli işlədiyini real vaxtda nümayiş etdirməkdədir”.
MM.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir