İran xarici işlər naziri Abbas Araqçı İranın nüvə silahından imtina etməyə hazır olduğunu bəyan edib. Nə baş verir?
“Yüksələn Şir” əməliyyatı çərçivəsində non-stop rejimində İrana zərbələr endirilir. Son günlər ərzində 100-dən çox(!!!) hərbi infrastruktura aid obyektlərə zərbələr endirilib, o cümlədən nüvə infrastrukturuna.
Son iki saat ərzində İsrail Müdafiə Qüvvələri Tehranın paytaxtını və hökumət binalarını intensiv şəkildə bombalayır, zərbələrin hədəfi bu gün:
– İran Hərbi-Hava Qüvvələrinin qərargahı;
– Tehran polisinin qərargahı;
– İran Atom Enerjisi Təşkilatının qərargahı;
-Kəşfiyyat Nazirliyi;
– SEPAH-ın qərargahı;
– İran parlamentinin binası.
Bundan əlavə İranda bütün radiolokasiya sistemlərini istehsal edən Shiraz Electronics İndustries və PUA-ları(Şahed) istehsal edən İsfahan zavoduna da çox güclə zərbələr endirilib.
Ayrıca bunu da qeyd etmək lazımdır ki, Məşhəd şəhərində yerləşən hava limanına zərbə endirilib. Niyə bu xəbər vacibdir? Məşhəd İranın şimal-şərqdə yerləşən sərhəd şəhəridir və İsraildən Məşhədə qədər məsafə 2300 km-dir.
Qayıdaq Abbas Araqçının bəyanatına. İran indi nə desələr qəbul edər, amma artıq gecdir. İsrail faktiki olaraq İranın bütün hərbi infrastrukturunu SIFIRLAYIR.
MM.AZ