Bu günlərdə kartlardan 4 min manatdan çox pul oğurlanıb

ölkə
İyunun 14-15-də bir sıra vətəndaşın bank hesabından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 170, 110, 50 və 19 manat müxtəlif üsullarla oğurlanıb.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Kiberdələduzlar əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lərlə, saxta saytlar və şübhəli platformalar vasitəsilə müdaxilə edirlər.
“Naməlum nömrələrə cavab verməyin, şübhəli linklərə daxil olmayın, bank kartı nömrəsi, PIN, CVV, OTP kimi məlumatlarınızı heç kimə verməyin, Özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən tanımadığınız şəxslərə inanmayın”deyə məlumatda bildirilir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir