Ermənistan MTN rəhbəri işdən çıxarılıb-SƏBƏB

Dünya
Ermənistan MTN rəhbəri ABŞ ilə İrana qarşı əməkdaşlığa dair məlumatların sızması ilə bağlı qalmaqal fonunda işdən çıxarılıb.
 Armen Abazyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini tərk edib, – Ermənistan mediası xəbər verir.
Onun istefası Ermənistan hakimiyyətinin İrana tranzit uçuşlar haqqında məxfi məlumatları ABŞ kəşfiyyat xidmətlərinə ötürməsi, həmçinin ABŞ və İsrailin maraqları naminə ölkənin cənubunda casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı dərc edilən nəşrlərlə eyni vaxta düşüb. Bu əməliyyatlarda Aİ-nin Ermənistandakı missiyası da iştirak edib.
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir