İsrail Qəzzada yardım dalınca gələn 70 fələstinlini öldürüb

Dünya
İsrail iyunun 17-də Qəzza zolağında humanitar yardım üçün gələn ən az 70 fələstinlini öldürüb.
Bu barədə Qəzzanın səhiyyə rəsmiləri məlumat yayıb.
Onlar bildirib ki, İsrail tank mərmiləri, pulemyotlar və dronlarla atəş açaraq mülki şəxsləri öldürüb.
“Reuters“ yazır ki, ümumilikdə həmin gün zolaqda 89 nəfərin öldürüldüyü bildirilir.
İsrail əsgərləri Qəzzanın cənubundakı Xan Yunis şəhərində humanitar yardım məntəqəsinə gələn izdihama atəş açıblar. Bu hadisə ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Fondu (GHF) mayın 26-da ərazidə ərzaq paylamağa başladıqdan bəri davam edən qırğın dalğasının ən ölümcülü olub.
Ümumilikdə isə ərazidə üç həftə ərzində 300-dən çox insan öldürülüb və 2000-dən çoxu yaralanıb.

MUASİRMEDİA.AZ