Azərbaycan Pezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə səfər edəcək

Siyasət
Azərbaycan Pezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da Türkiyəyə səfər edəcək.
Məlumat “Haber Global”  yayıb.
Səfər çərçivəsində 2023-cü ilin fevralında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adı altında inşa edilən daimi yaşayış evi layihəsinin açılış mərasimi İlham Əliyev və Ərdoğan iştirakı ilə keçiriləcək.
Həmçinin cari regional hadisələr, o cümlədən Türkiyə ilə Azərbaycan arasında münasibətlərə dair fikir mübadiləsinin aparılacağı da nəzərdə tutulub.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir