İlk dəfə olaraq Azərbaycan Universitetində keçirilməyə başlayan, tələbələrdə natiqlik, müstəqil araşdırma və debat kimi bacarıqların inkişaf etdirilməsini, diplomatik keyfiyyətlərin aşılanmasını qarşıya məqsəd qoyan Diplomatik Masa-2025 simulyasiya çempionatı yekunlaşdı. İştirak edən bütün tələbələrimizi təbrik edirəm. Həqiqətən də hər biri çox yüksək istedad nümayiş etdirdilər. 2025 çempionlarını da ayrıca təbrik edirəm. Hər birinizlə qürur duyuram. Biz müəllimlərin əziyyətinin hədər getmədiyini əyani şəkildə hamıya göstərdiniz.





MUASİRMEDİA.AZ