Qazaxıstanın Yessenov Universitetində “Azərbaycan Mərkəzi”nin təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunün dəstəyi ilə təşkil olunan Yay məktəbində kafedramızın müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərovla birgə bir neçə günlük dərslər verdik. Olduqca yüksək səviyyədə təşkil olunan “Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi” adlı Yay məktəbində tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, iki ölkə arasındakı diplomatik əlaqələrin perspektivləri, dostluq körpüsü olan Xəzər dənizinin siyasi əhəmiyyəti, Azərbaycan və Qazaxıstanın konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlərarası dialoq mövzularında təlimlər, seminarlar, diskussiyalar gənclərin böyük marağına səbəb oldu. Təşkilatçılıq və dəvət üçün “Azərbaycan Mərkəzi”nin direktoru, dəyərli ziyalımız İlkin Orucova çox təşəkkür edirik.





MUASİRMEDİA.AZ