“Muğam aləmi” festivalı çərçivəsində beynəlxalq musiqişünaslıq simpoziumunun açılış-FOTOı olub

Mədəniyyət
Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Səfiyyəddin əl-Ürməvinin Musiqi İrsi – keçmişlə müasirlik arasında” adlı beynəlxalq musiqişünaslıq simpoziumunun açılışı olub.
Açılış mərasimində iştirakçılara Azərbaycan musiqi elmində Səfiəddin Urməvi irsinin görkəmli tədqiqatçısı, Əməkdar incəsənət və elm xadimi Zemfira Salmanovanın nitqi çatdırılıb.
Bildirib ki, simpozium XIII-cü əsrin görkəmli musiqişünası, musiqiçisi və xəttatı Səfiyyəddin əl-Ürməvinin həyatına və yaradıcılığına həsr olunub.
Simpoziumun məqsədi Səfiyyəddin əl-Ürməvinin elmi və yaradıcılıq irsini geniş əhatəli regionda, o cümlədən Azərbaycanda musiqi haqqında düşüncənin varisliyi kontekstində nəzərdən keçirmək, onun dövründən bu günədək elmi fikrin varislik xəttini izləməkdir.
Qeyd edilib ki, nəzəri irslə yanaşı, simpoziumun işində praktiki məsələlər də mühüm yer tutub.
Bunlara Səfiyyəddin əl-Ürməvinin bəstələrinin deşifrə və ifa edilməsi problemləri, həmçinin Qərbi və Mərkəzi Asiya xalqlarının şifahi və professional musiqi irsini birləşdirən fundamental maqam məfhumu ətrafında məsələlər daxildir.
Simpozum sessiyalarla davam etdirilib və yerli və xarici qonaqlar tərəfindən məruzələr dinlənilib.
Qeyd edək ki, simpozium iyunun 20-də də davam etdiriləcək.
MUASİRMDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir