İyunun 19-da Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib.
Görüşdə AYB-nın üzvi şair, jurnalist Şahin Həmidi, AYB-nin üzvü, yazıçı, publisist Aydınxan Əbilov, Hacı Rahim İsmayılov-İlahiyyatçı, AYB nin üzvü, şair, publisist Yurd jurnalının əməkdaşı Babulla Hüseynzadə və digərqonaqlar iştirak ediblər.
Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, tarixi romanların və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadə özünəməxsus yazı üslubu, xüsusi dəsti xətti ilə seçilir və real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının xüsusi rəğbətini qazanıb.
Hacı Qəni Camalzadə çıxışında yaradıcılıq planlarından danışıb, yazmaq istədiyi yeni əsərləri haqqında məlumat verib və ona ünvanlanan sualları cavablandırıb.
Sonda videoçarx nümayiş olunub.
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası.





MUASİRMEDİA.AZ