Futbol matçında faciə: 3 ölü, 80-dən çox yaralı var

İdman

Əlcəzairdə baş tutan futbol qarşılaşmasında faciə yaşanıb.

“Aljer” futbol klubu çempionatın son turunda “Maqra” ilə heç-heçə edib (0:0) və yenidən ölkə çempionu olub.

Çempionluğu bayram edərkən onlarla “Aljer” azarkeşi stadionun tribunalarından yerə yıxılıb.

Nəticədə kubokun təqdimat mərasimi dərhal ləğv edilib. Faciənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırmalara başlanılıb.

Əlcəzairin Səhiyyə Nazirliyi insident nəticəsində 3 nəfərin öldüyünü, 80-dən çox insanın yaralandığını açıqlayıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir