Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub – FOTO

Cəmiyyət

Ötən gün Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub.

Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib.

Onun “Pasha Holding”ə məxsus “Pashabank”da işlədiyi bildirilir.

Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və AzTV-nin xarici dildə verilişlər redaksiyasının diktoru Sabir Rüstəmovun nəvəsidir.

Toy şənliyi dünən axşam Cea Breeze-də yerləşən restoranlardan birində baş tutub.

 Mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.

Qeyd edək ki, toy mərasimi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilməyib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir