Əlihüseyn müəllimin dağlı qürurunu əsla dəyişdirə bilməmişdi -foto

Cəmiyyət
1997 – ci ildə bir səhər çağı yataqdan qalxmaq istədikdə belimdə qəflətən çox möhkəm bir ağrı peyda oldu .
Nəinki yerimək , oturmaq hətta uzanmaq belə mümkün deyildi , ağrı imkan vermirdi .Kiminsə köməyi olmadan çarpayıdan qalxa bilmirdim .Poliklinikada , keçmiş Semaşko xəstəxanasında , Kirov institutunda olan çox saylı müalicələr effekt vermədi . Üz tutdum Əhmədlidəki neyro cərrahiyə xəstəxanasına , həkim bildirdi ki , onurgada fəqərələr arasında yırtıq ( qrıja ) əmələ gəlibdir və təcili əməliyyat olunmalıdır . Bu zaman artıq Siyəzən polisində işləyirdim .Bir axşamüstü yoldaşlarla Xızının Altıağac qəsəbəsində görüşüb şam süfrəsinə toplaşdıq .Süfrə arxasında narahatlığımı hiss edənlərə baş verənləri söylədim .Xızı polisində çalışan dostlardan biri təklif etdi ki , geri dönəndə Tıxlı kəndində Əlihüseyn adlı şəxs var , onunla görüşərik . Axşam Tıxlı kəndinə gəldik .Kəndin icra nümayəndəsi işləyən Əlihüseyn müəllimlə görşdük .Hündür boylu , əsil dağlı görkəmli Əlihüseyn müəllim bizi evinə apardı . Belimi yoxlaylb kəsədən dedi ki , heç bir əməliyyata ehtiyac yoxdur , bunun müalicəsi mənlikdir . Evin yaxınlığında bitən yabanı bitkinin tağlarından bir dəstə yığıb mənə uzatdı .Dedi ki , bunlardan ət maşınında çəkdirib ağrıyan yerə bağlatdır , sonra üç gün o yeri qoyun quyruqu ilə yüngül masaj etdir. Üç gündən sonra özü Siyəzənə gəldi .Belimi yenidən yoxlayıb dedi ki , gərək azı on gün evdən çıxmayasan , kəskin hərəkətlər etməyəsən , bunları deyərək ayaqlarımı sağa sol tərpədirdi , birdən sol ayağımı arxadan kürəyimə doğru qatlayanda , belimin ortasında şaqqıltı səsi eşidildi .Bir qədər uzandıqdan sonra dedi ki , ayağa qalx .Kömək olmadan ayağa qalxıb evin içində gəzdim , ağrı yoxa çıxmışdı .Yenidən döşəyin üstunə üzü üstə uzandım , belimi təkrar yoxladıqdan sonra , tənzifin üzərinə yayılmış ağ maye ilə belimi möhkəm sarıdı. Dedi ki, sarğıya əl vurma özü nə zaman qopub düşərsə zəng et , gələcəyəm .On ikinci gün sarğı belimdən qopub düşdü .Maşın göndərdim Əlihüseyn müəllim Siyəzənə gəldi .Belimi yoxladıqdan sonra dedi ki , ağırlıq qaldıranda bel fəqərəsi yerindən çıxıb , ora maye yığılıbdır ,tədricən həmin maye qatılaşıbdır .Ordan keçən sinir damarı yerindən oynamış fəqərə sümükləri arasında qalıb sıxılır , dözülməz аğrı verir .
Əlihüseyn müəllimlə o vaxtdan başlayan dostluğumuz uzun illər davam etdi .Tanış , qohum , qonşu kimdə bel ağrısı olarsa onun yanına göndərirdim , gedə bilməyənləri isə özü gəlib Bakıda müalicə edirdi .
Son görüşümüz on beş gün əvvəl olmuşdu .Amansız xəstəlik onun görkəmini bir qədər dəyişsədə , qonaqpərvərliyini , səmimiyyətini , dağlı qürurunu əsla dəyişdirə bilməmişdi .
Bu gün aramızda olmayan Əlihüseyn müəllim mənim xatirimdə elə bu cürdə yaşayacaqdır .
Oğul var evdən gedir , oğul var eldən , sən eldən getdin əziz qardaşım .
Allah sənə rəhmət eləsin , məkanın cənnət , ruhun şad оlsun .
R S Əlihüseyn müəllimlə son görüşümüzdə , qardaş bu sənəti uşaqlara öyrət kəlməsi dilimin ucundan qayıtdı .Bu bəlkədə onun səhhətinə pis təsir edər deyə fikirləşdim .
Əlihüseyn müəllimin atası çox təcrübəli sınıqçı olubdur .Söyləyirdilər ki , bir dağlının gəlininin ayaqları ombadan çıxıbmış , çox zəhmli bir kişi olan qaynata sınıqçıya deyir ki , gəlinimi sağalt , ancaq əlin ona toxunmasın .O , vaxtlar naməhrəm əli kimsəyə toxuna bilməzmiş .Sınıqçı həyətdə bağlanmış öküzə duz qatılmış yem verdirir .İki gündən sonra gəlinin ərinə və qardaşına deyir ki , gəlini qaldırın öküzün belinə otuzdurun , ayaqlarını öküzün qarnının altından sicimlə möhkəm bağlayın . Bundan sonra susuz qalaraq qarnı yığılmış öküzə su verir .Öküz suyu içdikcə qarın boşluğu şişir , belinə bağlanmış gəlinin ayaqları ombadan aralanaraq öz yerinə düşür .
Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir