Ağsuda “viza düzəldirəm” adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

Hadisə
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, cinayət təcrübəsi olan 28 yaşlı Əsəd Əsədzadə saxlanılıb.
O, vətəndaşlara işlə təmin ediləcəkləri və xarici ölkələrə viza veriləcəyi ilə bağlı yalan vədlər verərək onları aldadıb. Onun paytaxt ərazisində də analoji dələduzluq əməlləri törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Əgər bu şəxsin əməllərindən zərər çəkmiş digər vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

1 kişi ve şunu diyen bir yazı 'iII' görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir