Qaxın icra başçısı Musa Şəkiliyev şəhid ailəsinə qarşı hörmətsizlik edib.Müğənni od püsgürdü

Cəmiyyət

“Bir müddət öncə Qaxın icra başçısı Musa Şəkiliyev şəhid ailəsi olan qonşumuz, polkovnik Sadiq Məmmədovun ailəsinə qarşı hörmətsizlik etmişdi.
Həmin anda özümü saxlaya bilməyib, emosional davrandım və bununla bağlı sosial şəbəkə hesabımda paylaşım etdim”.
Bu sözləri  müğənni Vüqar Muradov Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı danışarkən deyib.

O, Musa Şəkiliyev haqda çoxlu sayda şikayətlərin olduğunu bildirib:

“Birmənalı olaraq deyirəm: kim olursa-olsun, belə bir vəziyyətdə heç kim özünü saxlaya bilməzdi. Feysbukda paylaşım edərək yazdım ki, sən mənim şəhidimə, onun ailəsinə hörmətsizlik edə bilməzsən! Bu balaca rayonda şəhidinə, qazisinə, onların ailəsinə hörmətsizlik edən şəxs vəzifəyə layiq deyil. Əksinə, o ailələrin qayğısına qalmalı, diqqətli olmalısan. Bu paylaşımım yayıldıqdan sonra, bildiyim qədərilə, məsələ artıq yuxarı səviyyədə həll olundu. Həmin şəhid ailəsinə torpaq ayrıldı, yaşayış şəraiti yaradıldı. Mən bu barədə sonra eşitdim və sevindim. Əsas şikayətim də məhz şəhid ailəsinə edilən hörmətsizliklə bağlı idi”.

MUASİRMEDİA.AZ 
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir