Salyanlı şəhidlərin xatirəsinə həsr olunmuş yeni kitab işıq üzü gördü

ölkə
“Yaşamaq gözəldir, Vətən sağ olsun!” – Salyanlı şəhidlərin xatirəsinə həsr olunmuş yeni kitab işıq üzü gördü.
Jurnalist, yazıçı-publisist Təyyar Nəsirlinin qələmə aldığı “Yaşamaq gözəldir, Vətən sağ olsun!” adlı kitab “Elm və Təhsil” nəşriyyatında çap olunaraq oxuculara təqdim edilib. Bu, müəllifin Salyan rayonundan olan şəhidlərə həsr etdiyi sayca beşinci kitabıdır. Kitabda 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12–14 sentyabr və 2024-cü ilin 19–20 sentyabr antiterror əməliyyatlarında, həmçinin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş 70 nəfər Salyan rayon sakini haqqında geniş məlumatlar yer alır. Onların həyat yolu, döyüş qəhrəmanlıqları və müqəddəs şəhidlik zirvəsinə ucalmaları böyük ehtiramla təqdim olunur. Müəllif kitabın ərsəyə gəlməsində göstərdikləri mənəvi və maliyyə dəstəyinə görə bir sıra şəxslərə və təşkilatlara təşəkkürünü bildirir. Xüsusilə “Qələbə” qəzetinin kollektivi, qəzetin sabiq əməkdaşı, hazırda Salyan Mərkəzi Rayon Xəstəxanasının mətbuat xidmətinin rəhbəri Leyla xanım, şair-publisist Əzizağa Məmmədli, mərhum publisist Hamiq Hacıheydərli, nəşriyyat direktoru professor Nadir Məmmədli və nəşriyyatın şöbə müdiri Rövşanə Nazimqızı müəllifin minnətdarlığını qazanan şəxslər sırasındadır. Kitabın maliyyə dəstəyi ilə işıq üzü görməsində Salyan rayonunun sabiq icra başçısı Sevindik Hətəmov, həmkarlar ittifaqlarının Salyan rayon komitələrinin rəhbərləri — Günaydın Fərhadqızı, Vəfa Məmmədova, Yaqut Ələsgərova, Svetlana xanım (Adil Məhərrəmovla birlikdə), Aytəkin Əbilova və digər xeyirxah insanların rolu böyük olmuşdur. Müəllif bildirir ki, kitabın maliyyələşməsinin 70 faizi məhz bu insanların dəstəyi ilə mümkün olub. Eyni zamanda, Rövşən Məmmədov (Salyan Suvarma Sistemləri İdarəsinin rəis müavini), Mərdan Cəlilov (“P-Aqro” MMC Salyan filialının rəhbəri), Azər Ağayev, İlqar Abdullayev, Allahverdi Bəylərov, Telman Ağabəyov, Mühafizad Cəfərov, Qadir Əzizov və Elşad müəllim (pambıq zavodu) də bu müqəddəs işə öz töhfələrini veriblər. Təyyar Nəsirli bildirir ki, kitabın təqdimat mərasimi yaxın günlərdə təşkil olunacaq və bu mərasimdə şəhid ailələri, ictimaiyyət nümayəndələri, müəllifə dəstək göstərən şəxslər və mədəniyyət xadimləri iştirak edəcəklər. Bu nəşr, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillərə onların qəhrəmanlığının ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Yaşamaq gözəldir, Vətən sağ olsun!” – bu sözlər təkcə bir kitabın adı deyil, eyni zamanda bir amal, bir əqidə.

MUASİRMEDİA.AZ

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir