Bakıya oğurluq üçün gəlmişdilər. Başqa ölkədə həbsxanada tanış olmuşdular. Planlarını polis pozdu, ifşa olundular.
Olduqca maraqlı və ədəbiyyata daxil olunası real obrazlardır. Elə qapı kilidi yoxdur ki, onlar aça bilməsinlər. Yalnız o kilidi aça bilmirlər ki, çöldən bağlanır, içəridən kilidlə təmas yoxdur. Aça bilmədikləri tək kilid həbsxana qapılarıdır. Tutulanda polisə sual veriblər ki, “Bizi necə tutdunuz? Türmədə bizə demişdilər ki, Bakı oğurluq üçün təhlükəlidir, getməyin…”.
_____
Bakıda 3000 manata mənzil kirayələyiblər və bir neçə bahalı avtomobillə hərəkət ediblər.
_____
Bakıda ilk işləri isə Xətai rayonunda mənzildən 1300 manat və 30.000 manatlıq qızıl-zinət əşyası oğurlayıblar. Onlar həmin mənzili günlərlə evi izləyib, içəridə kimsə olmadığını dəqiqləşdirdikdən sonra mənzilə daxil olublar. Talandan sonra isə izləri itirmək üçün eyvanın qapısını sındıraraq guya oradan daxil olduqlarını göstərməyə çalışıblar.
Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayətdə şübhəli bilinən Gürcüstan vətəndaşları — 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və onlara yardım edən 58 yaşlı Sabirabad sakini Fikrət Səlimov saxlanılıb.
Polis onları saxlamasaydı, növbəti evin qapısı kimin olacaqdı?
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

MUASİRMEDİA.AZ