Müharibə zamanı İsrailə dəyən ziyanın məbləği.

Dünya

İranın İsraili atəşə tutması nəticəsində Təl-Əvivə 3 milyard dollar ziyan dəyib.

Bu barədə “Blumberq” məlumat yayıb.

“Bu məbləğə raketlərin atılması nəticəsində zədələnmiş binaların bərpası xərcləri, eləcə də yerli biznes üçün kompensasiya daxildir. Lakin hesablamalarda döyüş əməliyyatları zamanı istifadə olunan silahların və müdafiə sistemlərinin dəyişdirilməsi xərcləri nəzərə alınmayıb”, – məlumatda bildirilib.

İsrailin maliyyə naziri Betsalel Smotriçin sözlərinə görə isə müharibənin ümumi dəyəri 12 milyard dollara çata bilər.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir