Silahlı Qüvvələr Günü: Dövlətimizin Güc Rəmzidir, Gücümüz, Qürurumuzdur!

ölkə
Bu gün 26-sı iyun Azərbaycan Silahlı Qüvvələr yaranması günüdür.
Hər il 26 iyun tarixində qeyd olunan Silahlı Qüvvələr Günü müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qoruyan rəşadətli Ordumuzun bayramıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü və müasir ordusuna çevrilmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasəti, onun hərbi güc və texnologiyanın inkişafına yönəlik ardıcıl addımları, Azərbaycan Ordusunu təkcə regionda deyil, beynəlxalq müstəvidə də nüfuzlu güc mərkəzinə çevirmişdir. İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən hərbi islahatlar, yeni hərbi hissələrin yaradılması, müdafiə sənayesinin inkişafı və hərbi təlimlərin mütəmadi şəkildə keçirilməsi Silahlı Qüvvələrin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır.
Bu siyasətin zirvə nöqtəsi isə 2020-ci il Vətən müharibəsində öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi və dəmir iradəsi ilə Azərbaycan Ordusu 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etdi, tariximizin ən parlaq hərbi zəfərlərindən birinə imza atdı. Bu Qələbə yalnız hərbi sahədə deyil, həm də milli birlik və xalq-ordu-Prezident birliyinin təntənəsi idi.
Prezident İlham Əliyev daim vurğulayır ki, güclü ordu – güclü dövlətin əsas dayağıdır. Bu prinsiplə hərəkət edən Azərbaycan bu gün yalnız öz sərhədlərini deyil, regional sabitliyi də qorumaq iqtidarındadır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri daim modernləşir, texniki və strateji üstünlüklər qazanır, dünyanın qabaqcıl hərbi sistemlərinə inteqrasiya edir.
Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə şərəf və qürur gətirən bütün əsgər və zabitlərimizi təbrik edirik. Onların fədakarlığı və Prezidentin müdrik siyasəti sayəsində Azərbaycan bu gün öz tarixini yazır və daha güclü gələcəyə doğru inamla irəliləyir.
Azərbaycan Ordusu – Prezidentimizin qətiyyətinin, xalqımızın iradəsinin və dövlətimizin gücünün təcəssümüdür!

MUASİRMEDİA.AZ

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir