Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Hadisə
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar qətiyyətlə davam etdirilir.
Son ay ərzində keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində 16 nəfər saxlanılıb. Onlardan 20 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və marixuana kimi narkotik vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir