1942-ci ildə Bakı Konservatoriyasının əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağır-FOTOılır

Tarix
1942-ci ildə Bakı Konservatoriyasının əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağırılır. Lakin o, “xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilir…
Bu müddət ərzində Ərtoğrul Cavid ən çox anasından və bacısından narahat idi. Bu nigarançılığa son qoymaq, müharibənin odu-alovu içində az da olsa təskinlik tapmaq üçün ümid yeri olan müəllimi Üzeyir bəyə məktub yazır. 1942 – ci ilin 25 fevralında yazılan həmin məktubda deyilir: “Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”.
2 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏT OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir