Təqvimdə bu gün Milli Sevgililər Günüdür-FOTO

ölkə
Təqvimdə bu gün Milli Sevgililər Günüdür…
30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix Fərizə və İlham Allahverdiyevlərin 1989-cu ilin məhz həmin günündə sevgilərini rəsmiləşdirmələri ilə bağlıdır.
…Amma onların taleyi faciəli şəkildə yarımçıq qaldı. 1990-cı il 20 Yanvar hadisələri zamanı İlham vətən uğrunda şəhid oldu. Onun itkisinə dözə bilməyən Fərizə isə əbədi məhəbbət yolunu seçərək özünün və bətnindəki körpəsinin həyatına son verdi. Zərifə intihar etdi… Bu kədərli, amma ülvi sevgi hekayəsi onların toy gününü təkcə şəxsi xoşbəxtlik tarixi kimi deyil, həm də saf məhəbbət və sarsılmaz sədaqətin simvoluna çevirdi. Elə buna görə də 30 iyun ölkəmizdə hər il sevənlərin bayramı kimi qeyd olunur və səmimi hisslərin, əsl sevgini yaşatmağın təntənəsinə çevrilir…
Bir siyah beyaz 5 kişi ve kalabalık görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir