“Plexanov küçəsində “Perovo Plaza” otelinin yaxınlığında partlayış olub və metal konteyner yanıb”, – məlumatda deyilib.
Moskvanın Plexanov küçəsində baş verən partlayış anı videoya çəkilib.
Müşahidə kamerası “Shot Telegram” kanalı tərəfindən yayımlanıb.
Paytaxtda baş verən partlayış iyunun 30-da məlum olub.
Görüntülərdə binanın aşağı hissəsindən alov topunun püskürdüyü görünür. Partlayış dalğası dayanmış avtomobili sıradan çıxarır. Partlayışdan sonra baş verən yanğın artıq söndürülüb, tələfat yoxdur, kanal vurğulayır.
Hadisənin ilkin versiyasına görə, Plexanov küçəsində avtomobil partlayıb. Lakin sonradan bir sıra “Telegram” kanalları insidentə səbəb kimi dizel generatorunun partlamasını göstərib.
MUASİRMEDİA.AZ