Mixail Şvıdkoy da Azərbaycana qarşı səsini qaldırdı

Dünya
Rusiyada uzun müddət mədəniyyət naziri işləmiş, sonra beynəlxalq mədəni əlaqələr üzrə Rusiya prezidentinin nümayəndəsi Mixail Şvıdkoy da Azərbaycana qarşı səsini qaldırdı.
FSB (Federal Təhlükəsislik Xidməti) tərəfindən idarə olunan Şvıdkoy, zatən Rysiyanın bütün məmurları FSB tərəfindən idarə olunur, Rusiyanın ən rüşvətxor, oğru, quldur məmurlarından sayılır. Əslində Rusiyada bütün məmurlar kimi o da FSB-nin təlimatları əsasında fəaliyyət göstərir. Çünki, Rusiyada 2000-ci ildən FSB hakimiyyətdədir. Mixail Şvıdkoy bütün dünyada “Russkiy Dom” (Rus Evi), Rus mədəniyyət mərkəzi, “RosZorubejTsender” (Rusiyanın xarici ölkələrdə mədəniyyət mərkəzləri), Rusiya səfirliklərində mədəniyyət attaşeləri də daxil olmaqla böyük bir agent şəbəkəsinə rəhbərlik edir.
Bütün bunları sadalamaqda məqsədim odur ki, bir çox ölkəkərdə olduğu kimi Azərbaycanda da “suda batmaz, odda yanmaz” mədəniyyət məmurları Şvıdkoyun təsir dairəsindədir. Ona görə də bu “suda batmazlar, odda yanmazlar” 30-40 ildir oturduqları kürsüdən qopmurlar. Sanki hamısı bu kürsünü, kabineti özəlləşdirib.
Onları hamınız yaxşı tanıyırsınız. Hamısı FSB-yə bağlıdırlar. İşləri çətinə düşən kimi Şvıdkoy Bakıda peyda olur və məsələlərini həll edir. Əlbəttə ki, böyük sərvətlər müqabilində.
Ona görə də Şvıdkoyun əlaltılarından kimsə səsini də çıxarmır və ona cavab vermir.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir