2 iyul 1918-ci il — Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq polis orqanlarının əsası qoyuldu.
O gündən bu günə qədər Azərbaycan polisi qanunçuluğun, ictimai asayişin, təhlükəsizliyin və vətəndaşların hüquqlarının keşiyində duraraq şərəfli və məsuliyyətli bir yol keçmişdir.Bu gün Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümünü böyük qürur və fəxrlə qeyd edirik. Ölkəmizin əmin-amanlığının, sabitliyinin və dövlətçiliyimizin qorunmasında polis əməkdaşlarının rolu əvəzsizdir. Polis əməkdaşlarımız gecə-gündüz yorulmadan çalışaraq həm şəhərlərdə, həm kəndlərdə, həm də sərhəd bölgələrində təhlükəsizliyin təminatçısına çevrilmişlər.Azərbaycan polisi yalnız hüquq-mühafizə sistemi deyil, həm də xalqla birgə olan, onun etimadını qazanan bir güc strukturudur. Xüsusilə Vətən müharibəsində və postmüharibə dövründə göstərdikləri xidmətlərlə bir daha sübut etdilər ki, “Polis – xalqın xidmətindədir!”Bu əlamətdar gündə bütün polis əməkdaşlarını və daxili işlər orqanlarının veteranlarını ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırıq. Azərbaycan Polisi — Qanunun, Əmin-amanlığın, Dövlətçiliyin Təməlidir!
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU.