Azərbaycan Avtomobil Yolları Agentliyində kadr dəyişiklikləri davam edir.
Agentliyin Avtomobil Yollarının Mühafizə Xidməti üzrə 10 №-li Tərəzi Nəzarət Məntəqəsinə yeni rəis təyin edilib. Bu vəzifəyə Vüqar Nağıyev gətirilib.Vüqar Ələddin oğlu Nağıyev 1987-ci il iyulun 5-də Salyan rayonunun Şorsulu kəndində anadan olub. Uzun illərdir Agentlik sistemində çalışan Vüqar Nağıyev işinə məsuliyyəti, yüksək intizamı və peşəkarlığı ilə seçilən əməkdaşlardan biri kimi tanınıb. Məhz bu keyfiyyətləri onun rəhbər vəzifəyə irəli çəkilməsində mühüm rol oynayıb.Yeni təyinat alan Vüqar Nağıyev şəhid ailəsinin övladıdır. Onun atası – Ələddin Nağıyev Birinci Qarabağ müharibəsində, Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanaraq bir müddət sonra şəhidlik zirvəsinə ucalmışdır. Vüqar Nağıyev atasının əmanətinə sadiq qalaraq daim vətənə ləyaqətlə xidmət etməyə çalışmış, öz zəhməti ilə nüfuz qazanmışdır.Yeni vəzifəsində Vüqar Nağıyevə uğurlar arzulayır, hər zaman xoş sorağını eşitmək diləyi ilə onu səmimi-qəlbdən təbrik edirik!

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU