ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Dünya

Vaşinqton İrana və “Hizbullah” hərəkatına qarşı yeni sanksiyalar elan edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, sanksiyalar ümumilikdə 8 fiziki şəxsə, 21 hüquqi şəxsə və 12 gəmiyə şamil olunur.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı ilk birtərəfli sanksiyaları 1978–1979-cu illərdə baş vermiş İslam İnqilabından qısa müddət sonra tətbiq olunmağa başlanılıb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir