Sabunçu rayonu
Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Cavid Əmirov Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda narkotik vasitələri satarkən saxlanılıb. Ondan 2 kiloqram marixuana aşkarlanıb. O, ifadəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.
Sabunçu rayonu üzrə bu ilin əvvəlindən keçirilən əməliyyatlarla 63 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
MUASİRMEDİA.AZ