ŞƏHİD BULAĞI.
( Sarıcalı kəndimin 44 günlük müharibə zamanı şəhidlik zirvəsinə ucalan şəhid Anar Sərxan oğlunun adına verilmiş şəhid bulağı başında)
Mən səni yad edirəm,
Sənin adınla bağlı
Bulağının başında
Qatmışam budağına
Gözlərimin yaşında.
Məkanın cənnət olsun,
Deyəcəkdir hər insan,
Sənin ehsanın olsun!
Bulağından su içən
Deyəcəkdir, hər insan.
Bir ömür bağışladın,
Sən bu ana torpağa.
Canım olsun sadağa.
Vətən yaşasın dedin
Sinə gərdin torpağa.
Bir evdə doğulmuşdun,
Bir ocağın övladı,
İndi oğlu olmusan,
Həm doğmanın, həm yadın.
Vətənin şəhid oğlu.
Ruhun bulaq suyu tək,
Torpağına axacaq,
Əbədi ömrün sənin
Çiçək olub açacaq
Vətənin şəhid oğlu.
06.07.2025.

MUASİRMEDİA.AZ
Almaz Alıqızı Allahverdiyeva
Almaz Alıqızı Allahverdiyeva